Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunlarına təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, turun açılış oyunu Anar Fərəcova tapşırılıb.
Ötən həftə Bolqarıstanın paytaxtı Sofiya şəhərində təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında hakimlik edən Rza Məmmədov isə "Baku Fire" ilə "Lənkəran"ın oyununda iş başında olacaq. Günün son qarşılaşması - U-19 - "Neftçi" İK matçı isə Mahir Məmmədova tapşırılıb.
Qeyd edək ki, turun görüşləri sentyabrın 25-də "Olimpik Star"da keçiriləcək
Şuşa – Araz-Naxçıvan 25 sentyabr. Olimpik Star. 13:00 Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Bəxtiyar Osmanov Hakim-inspektor: Murad Məmmədov
Lənkəran - Baku Fire 25 sentyabr. Olimpik Star. 15:00 Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Nihad Bağırov Hakim-inspektor: Elçin Səmədli
U-19 - Neftçi İK 25 sentyabr. Olimpik Star. 17:00 Hakimlər: Mahir Məmmədov, Vüsal Balaşov, İmran Məhərrəmov Hakim-inspektor: Füzuli Nəcəfov