"Araz Naxçıvan"ın əvəzediciləri necə hazırlaşır?

"Araz Naxçıvan"ın əvəzediciləri necə hazırlaşır?

"Araz Naxçıvan"ın əvəzedici komandasının olmaması barədə məlumatlar yayılıb. Fanat.az xəbər verir ki, Muxtar Respublika klubunun əvəzedici heyəti artıq 2 aydı formalaşdırılıb.

Naxçıvan təmsilçisinin əvəzedici heyəti ilə yanaşı, aşağı yaş qrupları üzrə komandaları da fəaliyyət göstərir. AFFA-nın Lisenziyalaşdırma Qrupu kluba bunları nəzərə alaraq lisenziya verib.

"Araz Naxçıvan"ın əvəzedici heyəti artıq 2 aydı yeni mövsümə hazırlaşır. Şərurda hazırlıq keçən Bilal Nağıyevin başçılıq etdiyi komanda Naxçıvan Muxtar Respublikasının daxili çempionatında çıxış edən komandalarla yoxlama oyunları keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər