"Araz-Naxçıvan"ın 4 futbolçusu "Karvan-Yevlax"la oyunu kənardan izləyəcək

"Araz-Naxçıvan"ın 4 futbolçusu "Karvan-Yevlax"la oyunu kənardan izləyəcək

Misli Premyer Liqasının (MPL) 24-cü turu çərçivəsində sabah "Karvan-Yevlax"ı qəbul edəcək "Araz-Naxçıvan" oyuna 4 itki ilə çıxacaq.

Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib:

"Mustafa Əhmədzadə sarı vərəqə limiti dolduğu üçün cəzalı durumdadır. Vanderson Melo, Ömər Buludov və Urfan Abbasov zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcəklər".

Qeyd edək ki, Mərdəkandakı "Liv Bona Dea Arena"da baş tutacaq "Araz-Naxçıvan" - "Karvan-Yevlax" qarşılaşmasının start fiti 18:30-da səsləndiriləcək. "Qırmızı-ağlar" MPL-in turnir cədvəlində 33 xalla 5-ci, 8 xala malik bölgə təmsilçisi isə 12-ci - sonuncu sıradadır. 

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər