"Araz-Naxçıvan"da daha bir müqavilə - RƏSMİ

"Araz-Naxçıvan"da daha bir müqavilə - RƏSMİ

"Araz-Naxçıvan" cinah müdafiəçisi İbrahim Piriyevlə müqavilə yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb.

21 yaşlı futbolçu 2 illik anlaşmaya imza atıb.

Piriyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu "Zirə" ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda elitadakı debütünü reallaşdırıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə bağlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər