"Araz Naxçıvan"a hücum davam edir: sırada AZAL var

"Araz Naxçıvan"a hücum davam edir: sırada AZAL var

"Araz Naxçıvan" fəaliyyətini dayandırdığından PFL klubun bütün futbolçularına azad agent statusu verib. Bu şansdan yararlanan digər Premyer Liqa klubları həmin oyunçular vasitəsi ilə heyətlərini gücləndirirlər.

Artıq Bəxtiyar Soltanov "Qəbələ", Budaq Nəsirov "Sumqayıt"la müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, AZAL da Naxçıvan klubuna göz dikib. Belə ki, "təyyarəçilər" Kamal Bayramovu heyətinə qatmaq istəyir.

Artıq Bakı klubu ilə qapısı arasında danışıqlar olub. Rəsmi müqavilə yaxın vaxtlarda imzalana bilər.

Qeyd edək ki, Kamal bu mövsüm "Araz Naxçıvan"da 10 oyun keçirib və 900 dəqiqə oynayıb. 29 yaşlı qolkiper əvvəllər "Rəvan", "Turan" və "Xəzər Lənkəran"da oynayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər