"Araz-Naxçıvan" yeni transfer reallaşdırdı - RƏSMİ

"Araz-Naxçıvan" yeni transfer reallaşdırdı - RƏSMİ

Növbəti mövsüm üçün heyətini yenidən formalaşdıran  "Araz-Naxçıvan" daha bir transfer reallaşdırıb.

Fanat.Az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu kolumbiyalı Alexandro Herrera ilə müqavilə imzalayıb. Yarımmüdafiəçi ilə anlaşmanın müddəti "1+1" illikdir.

21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Saraqosa" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfild"ində başlayan Herreranın son klubu Dominikan təmsilçisi "San Kristobal" olub.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər