"Araz-Naxçıvan" xorvat futbolçunu heyətinə qatdı - RƏSMİ

"Araz-Naxçıvan" xorvat futbolçunu heyətinə qatdı - RƏSMİ

"Araz-Naxçıvan" klubu xorvatiyalı müdafiəçi Luka Dumançiçi heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı Naxçıvan təmsilçisinin mətbuat xidməti yayıb.

27 yaşlı futbolçu ilə 1 mövsümlük müqavilə imzalanıb.

Karyerası ərzində "Albalonqa", "Leççe", "Stabya", "Qozanno", "Lukkeze", "İnter" (Zapreviç), "Rudeş", "Solin", "Nafta 1903", "Jalqiris" klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın "Persis" komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər