"Araz Naxçıvan" Türkiyə klubuna rəqib oldu

"Araz Naxçıvan" Türkiyə klubuna rəqib oldu
Türkiyənin "Samsunspor" klubu Azərbaycan klubu ilə yoxlama oyunu keçirəcək. Fanat.az xəbər verir ki, bu barədə Samsun klubunun rəsmi saytı məlumat yayıb.
Qarşılaşmanın cümə günü - iyulun - 25-də baş tutacağını yazan sayt komandanın adını açıqlamayıb. Amma "Samsunspor"un hansı klubumuzla qarşılaşacağı bəllidi. Belə ki, hazırda bu klubla birlikdə Ərzurumda təlim-məşq toplanışı keçən yeganə təmsilçimiz "Araz Naxçıvan"dı. Samsunlular məhzə Muxtar Respublika təmsilçisi ilə qarşılaşacaq.
Qeyd edək ki, "Samsunspor" klubu 1965-ci ildə yaradılıb. 49 yaşlı klub Super Liqada 30 mövsüm keçirib və sonuncu dəfə 2011/12 mövsümündə güclülər dəstəsini tərk edib. "Araz Naxçıvan"ın rəqibi 1-ci liqada ən çox çempion olan komandadı. Aşağı liqada 20 mövsüm keçirən komanda 6 dəfə çempionluğu bayram edib. "Samsunspor" ötən mövsüm PTT 1-ci liqada 5-ci pilləni tutaraq finala Super Liqaya vəsiqə uğrunda keçirilən play-off mərhələsinə çıxıb. Lakin finalda "Mersin İdman Yurdu"na yenilib. Erhan Altının başçılıq etdiyi komandanın heyətində Nigeriyadan 2, Bosniya və Hersoqovinadan 1 futbolçu çıxış edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər