"Araz-Naxçıvan" "Trabzonspor"la üz-üzə

"Araz-Naxçıvan" "Trabzonspor"la üz-üzə

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” bu gün sonuncu yoxlama matçını keçirəcək.

Fanat.Az xəbər verir ki, komanda Türkiyə Superliqasının aparıcı klublarından "Trabzonspor"la qarşılşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər