"Araz-Naxçıvan" Qara Qarayev və Slavik Alxasovla bağlı qərarını verdi

"Araz-Naxçıvan" Qara Qarayev və Slavik Alxasovla bağlı qərarını verdi

Azərbaycanı Konfrans Liqasında təmsil etdirən “Araz-Naxçıvan” daha iki futbolçusu ilə yeni müqavilə bağlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Müqaviləsinin müddəti başa çatmış Slavik Alxasov və Qara Qarayev 2025-2026-ci illər mövsümünü də komandanın heyətində keçirəcək. Hər iki futbolçu ilə 1 illik anlaşma əldə olunub.

Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər