"Araz-Naxçıvan" Mara Mohamedi heyətinə cəlb edib - RƏSMİ

"Araz-Naxçıvan" Mara Mohamedi heyətinə cəlb edib - RƏSMİ

"Araz-Naxçıvan" qvineyalı futbolçu Mara Mohamedi heyətinə cəlb edib.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

30 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

O, müxtəlif illərdə Fransanın "Loryan", "Paris", "Thonon Evian", "Martiques", "Stad Brioşan", "Hyeres 83", eləcə də Taylandın "Ratçaburi", "Kançanaburi" klublarında çıxış edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər