"Araz-Naxçıvan" BOS-da başladı - Sınaq oyunu olacaqmı?

"Araz-Naxçıvan" BOS-da başladı - Sınaq oyunu olacaqmı?

Misli Premyer Liqasının 11-ci turunda Sumqayıtda "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"ın millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki planları bəlli olub.

Naxçıvan təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Elmar Baxşıyev yevlaxlılarla matçın ardından futbolçuların 3 gün istirahət etməsinə şərait yaradıb.

"Qırmızı-ağlar" dünəndən Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqlərə başlayıblar. Millilərin düşərgələrində olan futbolçulardan başqa, zədəli Rahil Məmmədov və "Karvan"la oyunda xəsarət alan Şarl Boli də ilk məşqə qatılmayıb. Onu da qeyd edək ki, sözügedən kollektiv fasilə dönəmində yoxlama oyunu keçirmək niyyətində deyil.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər