"Araz-Naxçıvan" bombardirini geri qaytardı

"Araz-Naxçıvan" bombardirini geri qaytardı

Futzal üzrə Azərbaycan çempionu "Araz-Naxçıvan" sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə cəlb edib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Ötən il Naxçıvan təmsilçisinin formasını geyinən iranlı futzalçı yayda komandadan ayrılmışdı. O, 54 qolla 2024/2025 mövsümünün bombardiri olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.

Vitali Borisov

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər