"Araz-Naxçıvan" Avstriya çempionunu da yendi

"Araz-Naxçıvan" Avstriya çempionunu da yendi

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində keçirdiyi sonuncu matçda da qələbə qazanıb.

Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisi Avstriya çempionu "Ljuti Krajişniçi" klubu ilə üz üzə gəlib.

Linz şəhərindəki NMS İdman Sarayında keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 12:3.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yer aldığı F qrupunda daha əvvəl Şimali İrlandiyanın "Sparta Belfast" klubunu 9:1, Şotlandiya təmsilçisi "PYF Saltires"i isə 7:2 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər