"Araz-Naxçıvan" Avrokuboklarda ilk qələbəsini qazandı

"Araz-Naxçıvan" Avrokuboklarda ilk qələbəsini qazandı

Bu gün Azərbaycanın daha iki təmsilçisi avrokubok oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Aris"lə qarşılaşıb.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstan təmsilçisini "Dalğa Arena"da sınağa çəkib.

İlk yarısı qolsuz başa çatan görüşdə bütün hadisələr ikinci hissədə yaşanıb. 66-cı dəqiqədə hesabda geri düşən "qırmızı-ağlar" təslim olmayıb. Üç dəqiqədə 2 qol vuran "Araz-Naxçıvan" hesabı xeyrinə dəyişib. Əvvəlcə Felipe hesabı bərabərləşdirib, ardınca Andrade qələbə topunun müəllifi olub - 2:1.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 31-də Yunanıstanda Bakı vaxtı ilə saat 22:15-də keçiriləcək. 

UEFA Konfrans Liqası II təsnifat mərhələsi, ilk oyun 24 iyul

"Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) 2:1 Qollar: Felipe Santos, 75, Patrik Andrade, 78 -  Loren Moron, 66.

Hakimlər: Andrey Kivulete, Mirça Mihail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya) Bakı. "Dalğa Arena".

"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribeiro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarls Boli, 77. Bruno Aleksander Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İskəndərov, 16. Ramon Maçado, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqeş, 26. Ömər Buludov.

"Aris": 33. Afanasiadis, 4. Leismann, 7. Çarles Perez, 8. Monçu (k), 10. Račić, 14. Brabek, 27. Fadiqa, 37. Mendil, 80. Loren Moron, 97. F. Yensen, 99. Diandi Ehtiyat oyunçular: 21. Maykiç, 91. Karaj, 15. A. Tejero, 17. Fridek, 18. Morutan, 24. Alvaro, 28. Dudu, 41. Xarupas, 70. Gianniotas, 77. Panagidis. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər