"Araz-Naxçıvan" 1-ci Liqanın lideri ilə qarşılaşacaq

"Araz-Naxçıvan" 1-ci Liqanın lideri ilə qarşılaşacaq

"Araz-Naxçıvan" milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama oyunu keçirəcək.

Fanat.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, "qırmızı-ağlar" 1-ci Liqa təmsilçisi "Şəfa" ilə üz-üzə gələcəklər.

Oyun oktyabrın 10-də Bakı Olimpiya Stadionunun ikinci meydanında keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.

Xatırladaq ki, 4 oyuna maksimum xal toplayan və hazırda 1-ci Liqanın turnir cədvəlinin 1-ci pilləsində "Şəfa" öncə bu tarixdə digər 1-ci Liqa təmsilçisi "Cəbrayıl"la üz-üzə gəlməyi planlaşdırsa da, sonradan daha güclü kollektivlə sınaq matçına çıxmağı uyğun sayıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər