"Ailə problemlərinə görə "Qarabağ"dan ayrıldım"

"Ailə problemlərinə görə "Qarabağ"dan ayrıldım"
"Qarabağ"ın aşağı yaş qruplarının idari sistemində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, aşağı yaş qruplarının texniki koordintoru Sebahettin Tekin işindən ayrılıb. Türkiyəli mütəxəssis 2 il aşağı yaş qruplarında futbolçu yetişdirilmə işinə nəzarət edirdi. O, ailə zəminində yaranmış problemlərlə əlaqədar olaraq klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib. Rəhbərlik durumu anlayışla qəbul edərək Tekinin ərizəsini qəbul edib. 
Türk mütəxəssis gedişi ilə bağlı klubun rəsmi saytına danışıb: "2 ildi "Qarabağ"da çalışıram. Həqiqətən, burda unudulmayacaq zaman keçirmişəm. 2 il boyunca "Qarabağ"a şərəflə və sevgiylə xidmət etdik. "Qarabağ"ın özəl bir klub olduğunu anlamaq üçün burda 1 gün keçirmək belə kifayətdi. İnanıram ki, klubun uşaq futbolunun inkişafı üçün nələrsə etməyi bacarmışam. Rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Rəhbərlik uğur qazanmaq üçün lazım olan hər bir şeyi etməyə çalışır. Burda olduğum müddətdə ancaq xoş xatirələr yadda qalıb. Təəssüf ki, ailə problemlərinə görə ayrılmaq məcburiyyətində qaldım. Sağ olsunlar, məni anlayışla qarşıladılar. Düzdü, artıq buranı tərk edirəm, amma hər zaman "Qarabağ"ın azarkeşi olaraq qalacam. "Qarabağ"a hər zaman uğurlar arzulayıram".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər