"Mançester Siti"yə keçəcəyi gözlənilən Kriştianu Ronaldu (Cristiano Ronaldo) barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanın (Josep Guardiola) tərəddüdləri var.
Fanat.Az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, ispan mütəxəssis ulduz hücumçudan necə istifadə edəcəyini bilmir.
Mənbənin yazdığına görə, Qvardiola Ronaldunun komandaya uyğunlaşa biləcəyinə əmin deyil. Futbolçunun komandanın ümumi əhvalına necə təsir edəcəyi də onu narahat edir.
Buna baxmayaraq 50 yaşlı mütəxəssis mövsümü Ronaldu ilə keçirməyə üstünlük verir.
Xatırladaq ki, Kriştianu Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. 36 yaşlı portuqaliyalı forvard ötən mövsüm 29 qol vuraraq İtaliya A Seryasının bombardiri olub.
Emin Şəmsiyev