"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola yayda komandasının heyətini yenidən formalaşdırmaq niyyətindədi.
Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, Quardiolanın əsas transfer hədəfləri David Alaba ("Bavariya") və Kalidu Kulibalidi ("Napoli").
Alaba həm müdafiənin mərkəzində, həm də solunda oynamağı bacarır. Katalon mütəxəssis ilk növbədə məhz sözügedən mövqeləri gücləndirməyi planlaşdırdığından, Avstriya millisinin üzvü onun "radar"ına düşüb.
Qeyd edək ki, Kulibalinin adı "Liverpul"la da birlikdə hallanır.
Fanat.Az