"Qələbə qazanmalı olan tərəf uduzdu" - Joze Mourinyu

"Qələbə qazanmalı olan tərəf uduzdu" - Joze Mourinyu

"Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya A seriyasının 8-ci turunda komandasının "Yuventus"la səfər oyununu dəyərləndirib.

Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı 0:1 hesablı yenilgidən sonra belə danışıb:

"Yalnız onu deyə bilərəm ki, bu gün böyük "Roma"nın oyununu izlədim. Komandamda özünəinam, cəsarət və güc gördüm. Məğlubiyyət həmişə məğlubiyyətdi... Ancaq inkişaf göz qabağındadır. Futbolda həmişə daha yaxşı oynayan qalib gəlmir. Bu gün qələbə qazanmalı olan tərəf son nəticədə uduzdu".

Qeyd edək ki, 8 tura 15 xal toplayan "Roma" A Seriyasının turnir cədvəlində 4-cü pillədədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər