Qattuzo Türkiyə millisində?

Qattuzo Türkiyə millisində?

Şenol Güneşin istefaya göndərilməsinin ardından Türkiyə millisinin baş məşqçi postuna bir çox məşqçilər namizəd göstərilir. 

Fanat.Az "Fanatik" saytına istinadən xəbər verir ki, ölkənin tanınan jurnalistlərindən olan Yakuq Çinar namizədlərdən ikisinin adını açıqlayıb.

O, bu posta Cennaro Qattuzo (Gennaro Gattuso) və ya Ştefan Kuntsun (Stefan Kuntz) gəlmə ehtimalı olduğunu yazıb. 

Xatırladaq ki, Şenol Güneş  bu yay AVRO-2020-nin final, ardı ilə DÇ-2022-nin seçmə mərhələsində uğursuz çıxışa görə milli komandanın baş məşqçi postundan göndərilib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər