"Qarabağ"la oyundan sonra çalışdıq ki..." - "Nant"ın futbolçusu

"Qarabağ"la oyundan sonra çalışdıq ki..." - "Nant"ın futbolçusu

"Nant"ın oyunçusu Andrey Cirotto Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a məğlub olduqları oyunu xatırlayıb.

Fanat.Az xəbər verir ki, Cirotto Fransa Liqasında "Lans"la keçirilən matçdan (0:0) sonra yerli mətbuata açıqlamasında bu barədə belə deyib:

"Vacib xal qazandıq. "Qarabağ"la matçdan sonra toparlanmağa çalışdıq. Artıq irəli baxmaq lazımdır. Hər iki kollektiv yaxşı oynadı. Evdə qalib gəlmək istəyirdik. Bu komandaya qarşı bir xal qazanmaq yaxşı nəticədir".

Xatırladaq ki, "Qarabağ" Bakıda "Nant"a 3:0 hesabı ilə qalib gəlib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər