"Qarabağ"la oyuna yaxşı başlamamışdıq, amma..." - Orxan Əliyev

"Qarabağ"la oyuna yaxşı başlamamışdıq, amma..." - Orxan Əliyev

Misli Premyer Liqasının XIX turunda "Qarabağ"a 3:1 uduzan "Araz Naxçıvan" mövsümün ikinci yarısına məğlubiyyət ilə başladı. Muxtar Respublika təmsilçisinin forvardı Orxan Əliyevlə əlaqə saxlayıb matçla bağlı fikirlərini öyrəndik.

Əliyevin Fanat.Az-a açıqlaması belə oldu :

"Oyun istədiyimiz kimi keçmədi. Bilirdik ki, çətin olacaq. Ümumiyyətlə "Qarabağ"a qarşı oyunamaq çətin olur. Buna baxmayaraq, bizdə çalışırdıq ki, yaxşı oyun göstərək. Belə deyim, yaxşı başlamamışdıq. Amma ikinci hissədə daha aktiv olduq. Deməzdim ki, fiziki cəhətdən biz pis görünürdük. Sadəcə, "Qarabağ" bizdən daha üstün idi".

Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər