"Dnepr"in yarımmüdafiəçisi Yevgeni Şaxov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçu Bakıda keçirilən mətbuat konfransında bunları deyib:
"Komandamızın son oyunlarında nəsə alınmır. Mən avrokuboklara ciddi yanaşmadığımız fikri ilə razı deyiləm. Əlbəttə, “Dinamo”ya uduzmaq, özü də böyük hesabla yenilmək pisdi. Bütün oyunlara eyni köklənirik. Ola bilər ki, son oyunlarda nəsə çatışmadığı üçün qələbə qazana bilmirik. Amma “Qarabağ”la oyuna ciddi hazırlaşırıq. Problem yoxdu".
Fanat.az