"Qarabağ"la oyun finala bərabərdir" - "Nant"ın baş məşqçisi

"Qarabağ"la oyun finala bərabərdir" - "Nant"ın baş məşqçisi

"Nant"ın baş məşqçisi Antuan Kombuare Fransada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında çıxış edib. 

Fanat.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis bütün zədəlilərin sıraya qayıtdığını bildirib:

"Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik. "Nitsa"ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik".

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər