“Qarabağ”ın “Zalsburq”u keçəcəyinə 100 faiz inanıram”

“Qarabağ”ın “Zalsburq”u keçəcəyinə 100 faiz inanıram”

“Məncə, “Qarabağ” səfərdə uğurlu nəticə qazanacaq. Təmsilçimizin mərhələ adlayacağına 100 faiz inanıram”. Bu sözləri Fanat.az-a açıqlamasında Ağdam təmsilçisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov deyib.

Oyunu canlı izləməli olan, şengen vizasının müddəti bitdiyinə görə Avstriyaya yollana bilməyən Berti Foqtsun köməkçisi böyük inamını belə əsaslandırıb: “Rəqib böyük qüvvə ilə hücuma atılacaq. “Qarabağ” isə yaranan boşluqlardan istifadə etməyi bacaran komandadı. Düzdü, Reynaldo və Admir Telinin cəzalı duruma düşməsi müəyyən problemlər yaradır. Amma Vüqar Nadirovun da Reynaldodan üstün cəhətləri var. Çox qüvvətli zərbələrə malik oyunçudu. Uzun məsafəyə yüksək sürətlə qaçmağı da öz yerində. O, sürəti hesabına çox şey edə bilər. Həm də “Zalsburq”un məşçiləri Vüqarı yaxşı tanımır. Onlar ilk oyunda Reynaldonu görüblər. İçimdə çox böyük inam var. Buna “Qarabağ”ın gücü çatar”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər