Topaz Premyer Liqasının lideri "Qarabağ" ispaniyalı futbolçu Dani Quintana ilə razılığa gəlib. Hücumameyilli yarımmüdafiəçi Ağdam təmsilçisi ilə müqavilə imzalamaq üçün artıq Bakıdadı.
Fanat.az futbolinfo.az-a istinadən xəbər verir ki, Quintana ölkəmizə səhər saatlarında təşrif buyurub. Ağdam klubunun 3 illik müqavilə imzalamağı nəzərdə tutduğu Dani bu gün "Qarabağ"ın "Qəbələ"yə qarşı keçirəcəyi oyunu da izləyəcək.
Fanat.az