"Qarabağ"ın yeni transferi "Aberdin"ə qarşı oynaya biləcək

"Qarabağ"ın yeni transferi "Aberdin"ə qarşı oynaya biləcək

"Qarabağ"ın yeni transferi İbrahima Vadji Şotlandiya "Aberdin"i ilə UEFA Konfrans Liqasının görüşlərində iştirak edə biləcək.

Fanat.az-ın məlumatına görə, seneqallı forvardın adı Azərbaycan klubunun sifariş ərizəsinə daxil edilib. UEFA-ya təqdim edilən siyahıda 26 yaşlı oyunçu Musa Qurbanlı və Ramil Şeydayevlə birgə hücumçu kimi yer alıb.

Vadji ilə bu gün 3 illik müqavilə bağlanılıb. O, 25 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə ilk görüşünü avqustun 19-da evdə, cavab görüşünü avqustun 26-da səfərdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər