"Qarabağ"ın xal itirəcəyini düşünmürəm" - "Bazel"in baş məşqçisi

"Qarabağ"ın xal itirəcəyini düşünmürəm" - "Bazel"in baş məşqçisi

UEFA Konfrans Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Bazel"in baş məşqçisi Patrik Rahmen "Telebasel" nəşrinə müsahibə verib. 

Fanat.Az xəbər verir ki, o, açıqlamasında son - IV turda Kiprdə "Omoniya" ilə (1:1) ilə oyundan və digər qrupdakı vəziyyətdən danışıb: 

"Qalib gəlsəydik belə, yenə növbəti görüşdə mütləq qələbə qazanmalı idik. Yəni, bu nəticə heç nəyi dəyişməyəcək.

V turda "Kayrat"la Qazaxıstandakı görüşdə 3 xala ehtiyacımız var. Çünki "Qarabağ"ın daha çox xal itirəcəyini düşünmürəm. Biz öz oyunumuza baxmalıyıq. Hələlik qrup lideri olmaq şansımız var".

Qeyd edək ki, 4 oyundan sonra "Qarabağ" 10 xalla H qrupunda liderdir. "Bazel" 8 xalla ikinci pillədə qərarlaşıb. Hər iki komanda UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

V turda "Omoniya"nı qəbul edəcək Ağdam təmsilçisi sonuncu - VI turda "Bazel"in qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər