"Qarabağ"ın rəqibləri üçün uğursuz tur

"Qarabağ"ın rəqibləri üçün uğursuz tur

"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən "Kayrat" və "Bazel" növbəti oyunlarını keçiriblər. 

Fanat.Az xəbər verir ki, Almatı klubu Qazaxıstan çempionatının son turunda aşkar autsayder "Jetısu" ilə qarşılaşıb. Səfər oyunundan qolsuz heç-heçə ilə ayrılan "Kayrat" mövsümü 51 xalla 3-cü pillədə bitirib.  "Bazel" də turu "sülh"lə başa vurub. İsveçrə çempionatının 12-ci turunda "Sürix"lə derbi baş tutub ki, görüşdə qapılara 6 qol vurulub. Beləliklə, "Qarabağ"ın rəqibi ən yaxın izləyicisi "Sürix"lə xal fərqini qoruyaraq 26 xalla zirvədə qərarlaşıb.  Qeyd edək ki, bir gün əvvəl "Omoniya" da "Anortosis"ə (0:1) uduzmuşdu. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər