"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, "Sent-Etyen"ə qarşı matçda zədələnən yarımmüdafiəçi Yann M`Vila sıradan çıxıb.
Fransalı futbolçunun bir ay müddətinə yaşıl meydanlardan uzaqda qalacağı deyilir.
Fanat.az