“Qarabağ”ın rəqibindən məhsuldar heç-heçə

“Qarabağ”ın rəqibindən məhsuldar heç-heçə

İsveç çempionatında 26-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hekken” də növbəti oyununa çıxıb.

Höteborq səfərdə “Hammarbü” ilə üz-üzə gəlib. Tərəflər məhsuldar heç-heçəyə razılaşıb – 2:2.

Bu bərabərlikdən sonra xal hesabını 51-ə çatdıran “Hekken” hazırda turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.

“Qarabağ” bu rəqibə qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Təmsilçimizin İsveç komandası ilə ikinci oyunu dekabrın 14-də Bakıda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər