"Qarabağ"ın Konfrans Liqasının qrupundakı rəqiblərdən olan "Kayrat" Qazaxıstan çempionatında növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, 21-ci tur çərçivəsində "Kızıl-Jar"la qarşılaşan Almatı təmsilçisi rəqibini minimal hesabla üstələyib. Görüşün taleyini 1 qol həll edib ki, Artur Şuşenaçov 77-ci dəqiqədə fərqlənərək "Kayrat"a ev qələbəsi qazandırıb. Qeyd edək ki, Kurban Berdiyevin komandası çempionatın sonuna 5 tur qalmış 3-cü pillədə qərarlaşıb və liderlərdən 6-7 xal geri qalır. "Qarabağ" "Kayrat"la Konfrans Liqasında ilk oyununu oktyabrın 21-də Bakıda keçirəcək.
"Qarabağ"ın rəqibindən çətin qələbə
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi