"Qarabağ"ın rəqibindən 3 yeni transfer

"Qarabağ"ın rəqibindən 3 yeni transfer

Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bazel” heyətinə 3 yeni oyunçu qatıb. 

Fanat.Az xəbər verir ki, bu barədə İsveçrə klubunun rəsmi saytı məlumat yayıb.   “Sportinq"in yarımmüdafiəçisi Jelson Fernandes “Bazel”də icarə əsasında çıxış edəcək. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.   Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavares də heyətə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb.    Bundan başqa, Fransanın "Nitsa" klubunun futbolçusu Dan Ndoye də Bazel şəhərinin eyniadlı təmsilçisində çıxış edəcək. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu da 1 illik icarəyə götürülb.   Qeyd edək ki, "Bazel"lə "Qarabağ"ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər