"Qarabağ"ın rəqibində daha bir türk futbolçu

"Qarabağ"ın rəqibində daha bir türk futbolçu

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" yeni transfer gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, "Qalatasaray"ın müqavilə yeniləmək təklifini qəbul etməyən gənc futbolçu Bartuğ Elmaz Fransanı seçib. 

Əsas komandada olmasına baxmayaraq, "sarı-qırmızılılar"da şans qazana bilməyən 18 yaşlı yarımmüdafiəçi Cengiz Ünderin də çıxış etdiyi Marsel klubu ilə 2022-2023 mövsümündən qüvvədə olacaq 4 illik müqavilə imzalayıb. 

Maraqlıdır ki, "Qalatasaray"la anlaşması mövsümün sonunda başa çatacaq və "sarı-qırmızılılar"la yeni müqavilə imzalamayan gənc oyunçu komandanın istirahət gününə şəxsi təyyarə ilə Fransaya gedərək anlaşmaya qol çəkib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər