"Qarabağ"ın rəqibi yarımfinala darmadağınla yüksəldi

"Qarabağ"ın rəqibi yarımfinala darmadağınla yüksəldi

“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" növbəti görüşünü keçirib. 

Fanat.Az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri Qazaxıstan Kubokunun 1/4 finalında "Kaysar"la cavab matçına çıxıb.   Evdəki ilk görüşdə 3:0 hesablı qələbə qazanan Almatı təmsilçisi bu rəqibinə səfərdə də qalib gəlib - 2:0. Qolları 76-cı dəqiqədə Vaqner Lav, 88-ci dəqiqədə isə Artur Şuşenaçev vurublar.   "Kayrat" yarımfinalda "Astana" ilə qarşılaşacaq.   Qazaxıstan təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə uduzub. Komandalar arasında növbəti görüş noyabrın 4-də Almatıda gerçəkləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər