"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın rəqibi uduzdu

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex" (Polşa) yoxlama oyununda qüvvəsini sınayıb. 

Fanat.Az xəbər verir ki, "Poqon"la qarşılaşan Poznan təmsilçisi rəqibinə məğlub olub - 0:1.

Razılaşmaya görə, tərəflər hər biri 30 dəqiqədən ibarət 3 hissə oynayıblar.

Qeyd edək ki, "Lex" ilk yoxlama matçında Polşanın 2-ci liqasında mübarizə aparan "Vidzev"lə qarşılaşaraq 1:2 hesabıyla uduzub. 

"Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər