“Qarabağ”ın rəqibi sonda yıxıldı

“Qarabağ”ın rəqibi sonda yıxıldı

İtaliyanın elitasında 11-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda "Verona" ilə qarşılaşıb. Oyun “sülh”lə bitib - 2:2. 10-cu dəqiqədə yenik duruma düşən “neradzurra”nı 18-ci dəqiqədə Mauro İkardi məğlubiyyətdən xilas edib, 49-cu dəqiqədə isəhesabda önə keçirib. 52-ci dəqiqədə qapısına penalti təyin olunan milanlıların bəxti gətirsə də, 89-cu dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyi bacarıbl.

Qeyd edək ki, "Qarabağ"ın rəqibi 11 turdan sonra 16 xalla 9-cudu.

Fanat.az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər