"Qarabağ"ın rəqibi qələbə qazandı

"Qarabağ"ın rəqibi qələbə qazandı

Futbol üzrə İsveçrə çempionatında 10-cu turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Bazel” də növbəti matçına çıxıb.   Sözügedən kollektiv səfərdə “Syon”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 1:0.   10 tura 22 xal toplayan “Bazel” 10 kollektiv arasında zirvədə qərarlaşıb.   “Qarabağ” “Bazel”lə Bakıda baş tutan ilk oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə keçiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər