"Qarabağ"ın rəqibi məğlubiyyətdən son anda xilas oldu - VİDEO

"Qarabağ"ın rəqibi məğlubiyyətdən son anda xilas oldu - VİDEO

UEFA Konfrans Liqasında təmsilçimiz "Qarabağ"ın pley-offdakı rəqibi Fransa "Marsel" ölkə çempionatında növbəti matçını keçirib. 

Fanat.Az xəbər verir ki, komanda XIX turun görüşləri çərçivəsində öz meydanında  "Reyms"lə qarşılaşıb. 

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Xal itkisi "Marsel"i turnir cədvəlinin 3-cü pilləsinə salıb. Komandanın aktivində 33 xal var. Reyms isə 23 xalla 14-cü yerdə qərarlaşıb. 

Matçda hesabı qonaqların hücumçusu Hüqo Ekitike açıb (75). "Marsel"i məğlubiyyətdən xilas edən qolu isə 90+8-ci dəqiqədə Dmitri Payet vurub.

Oyunun videoicmalını təqdim edirik: 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər