"Qarabağ"ın rəqibi ölkəsində kuboka sahib çıxdı - VİDEO

"Qarabağ"ın rəqibi ölkəsində kuboka sahib çıxdı - VİDEO

"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Kayrat" Qazaxıstan Kubokunun qalibi olub.

Fanat.Az xəbər verir ki, finalda Karaqanda "Şaxtyor"u ilə qarşılaşan Almatı təmsilçisi rəqibini penalti seriyasında üstələyib.

Görüşün 90 dəqiqəsi 2:2 başa çatıb, əlavə vaxtda komandalar hərəyə bir dəfə fərqləniblər. Beləliklə, oyun 3:3 başa çatıb. "Lotoreya"da isə "Kayrat" sevinən tərəf olub.

Bu qələbə sayəsində Almatı klubu kuboku 10-cu dəfə başı üzərinə qaldırıb.

Oyunda vurulan qolların görüntüsünü təqdim edirik:   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər