"Qarabağ"ın rəqibi hücumçusunu Argentinaya göndərir

"Qarabağ"ın rəqibi hücumçusunu Argentinaya göndərir

Mövsümün əvvəlində "Olimpik Marsel"in İspaniya klubu "Elçe"yə icarəyə verdiyi argentinalı hücumçu Dario Benedetto Argentinaya qayıdır.

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasındakı rəqibinin hücumçusu La Liqada 14 oyunda meydana çıxaraq cəmi 2 qol vura bilib.

La Liqa təmsilçisi onunla müqaviləni pozmaq niyyətindədir. "Olimpik Marsel" də 31 yaşlı hücumçunu heyətində görmək istəmir. 

Beləliklə, Benedetto onu geri qaytarmaq istəyən "Boka Xuniors"un təklifinə isti yanaşır. Buenos Ayres klubunun meneceri Xorxe Bermudez "TyC Sports"a açıqlamasında bu ehtimalı təsdiqləyib: “O, qayıtmaq istəyir. Onu bura qaytarmaq üçün səy göstərməyə hazırıq".

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər