"Qarabağ"ın rəqibi cəzalandırıldı - Azarkeşsiz oynayacaq

"Qarabağ"ın rəqibi cəzalandırıldı - Azarkeşsiz oynayacaq

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Olimpik Marsel" qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək.

Fanat.Az-ın məlumatına görə, Marsel təmsilçisinin fanatları fevralın 13-də "Nitsa"ya qarşı baş tutacaq ölkə kubokunun 1/4 final və bundan 3 gün sonra "Mets"lə oynanılacaq Liqa 1-in XXIV tur matçlarına buraxılmayacaqlar.

Səbəb Xorxe Sampaolinin komandası səfərdə "Şovinyi"ni 3:0 hesabı ilə yendiyi Fransa Kubokunun 1/8 final qarşılaşmasında qonaq komandanın tərəfdarlarının tüstü bombalarından istifadəsidir.

Bu isə o deməkdir ki, "Olimpik Marsel" öz azarkeşləri ilə evdə "Qarabağ"a qarşı oynayacağı pley-off matçında görüşə biləcək.

Qeyd edək ki, qarşılaşma fevralın 17-də "Velodrom" stadionunda baş tutacaq. Cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər