"Qarabağ"ın rəqibi bu tarixdə bilinəcək 

"Qarabağ"ın rəqibi bu tarixdə bilinəcək 

2021/22 UEFA Çempionlar Liqasının 1/8 final, Avropa Liqası və Konfrans Liqasının isə pley-off mərhələsinin püşkatma mərasimin tarixi və saatı məlumdur. 

Fanat.Az xəbər verir ki, tədbir dekabrın 13-də UEFA-nın Nyon (İsveçrə) şəhərində yerləşən qərargahında baş tutacaq.

Bakı vaxtı ilə saat 15:00-da ÇL-in 1/8 finalının, 16:00-da Avropa Liqasının, 17:00-da isə Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Avropa Liqası və  Konfrans Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi isə 2022-ci il fevralın 25-i tarixində Bakı vaxtı ilə saat 16:00-də keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasında yeganə təmsilçimiz "Qarabağ"ın da pley-off mərhələsindəki rəqibi 13 dekabr tarixində bilinəcək. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər