"Qarabağ"ın rəqibi bu 5 komandadan biri olacaq

"Qarabağ"ın rəqibi bu 5 komandadan biri olacaq

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə enib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı sabah keçiriləcək püşkatma ərəfəsində “səpələnmişlər" səbətində olan Azərbaycan çempionunun rəqiblərinin “səpəIənməmişlər” səbətində olan rəqiblərinin konkret siyahısını təqdim edib.

Beləliklə, ağdamlıların rəqibi bu 5 komandadan biri olacaq:

"Jrinski" (Bosniya və Herseqovina) "Lex" (Polşa) "Hibernians" (Malta) "Şkupi" (Şimali Makedoniya) "Dinamo" (Batumi, Gürcüstan)

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5-6 və 12-13 iyulda keçiriləcək. Püşkatma mərasimi isə sabah, Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər