"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

"Qarabağ"ın rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa təmsilçisi "Olimpik Marsel"i baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayıra bilər.

Fanat.Az xəbər verir ki, məlumatı ölkə mətbuatı yayıb. 

Buna səbəb komandanın Avropa Liqasında uğursuz çıxışı göstərilir. 

Komandanın sərgilədiyi oyundan da narazı qalan klub rəhbərliyi 61 yaşlı argentinalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam vermək niyyətindədir. 

Qeyd edək ki, "Qarabağ" "Olimpik Marsel"lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər