"Qarabağ"ın rəqibi 40 milyonluq futbolçu ilə bağlı atdığı addımı açıqladı

"Qarabağ"ın rəqibi 40 milyonluq futbolçu ilə bağlı atdığı addımı açıqladı

Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Bayer Leverkuzen" müdafiəçi Jeremi Frimponqla bağlı atdığı addımı rəsmi saytı vasitəsi ilə açıqlayıb.

Fanat.Az xəbər verir ki, Almaniya təmsilçisi 2021-ci ildən formasını geyinən arxa xətt oyunçusu ilə müqavilə yeniləyib.

Jeremi müddəti 2028-ci ilə qədər olan anlaşmaya imza atıb.

Sözügedən futbolçu indiyədək "Bayer" forması ilə 103 oyuna çıxıb. Bu qarşılaşmalarda 13 qol vuran niderlandlı 23 məhsuldar ötürmə ilə də yadda qalıb. "Transfermarkt" portalı Frimponqun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə oktyabrın 26-da səfərdə, noyabrın 9-da isə evdə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər