“Qarabağ”ın qəsdən qola çevirmədiyi penalti top-15-də

“Qarabağ”ın qəsdən qola çevirmədiyi penalti top-15-də
Rusiyanın “Futbol” telekanalı ilin diqqət çəkən futbol məqamlarını top-15-də toplayıb.
Fanat.az xəbər verir ki, telekanalın ən maraqlı on beş videosu arasında Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində oynanılan “İnter”-“Qarabağ” qarşılaşması da yer alıb. Həmin oyunda “Qarabağ” komandasının mübahisəli penaltini bilərəkdən rəqib qapısına vurmaması “Futbol” telekanalı tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirilib.
Xatirladaq ki, on bir metrlik cərimə zərbəsi baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə kənara vurulmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər