"Qarabağ"ın qapıçısı Rusiya millisinə çağırıla bilər - AÇIQLAMA

"Qarabağ"ın qapıçısı Rusiya millisinə çağırıla bilər - AÇIQLAMA

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə dəvət ala bilər.

Fanat.Az xəbər verir ki, bunu sözügedən ölkənin yığma komandasının qapıçılarla iş  üzrə məşqçisi Vitali Kafanov deyib:

O, Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində belə danışıb:

“Yığmaya çağırılmağa namizədlər arasında “Qarabağ”da çox yaxşı performans sərgiləyən Andrey Lunyov da var. Lunyov  Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki matçda qapısının toxunulmazlığını qorumağı bacardı. O, “Neftçi” ilə çempionat oyununu da yüksək səviyyədə keçirdi”.

Qeyd edək ki, Andrey bu yay “Bayer Leverkuzen”i azad agent qismində “Qarabağ”a dəyişib. Rusiya millisi oktyabrın 12-də "VTB Arena"da Kamerun seçməsi ilə yoldaşlıq görüşünə çıxacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər