"Qarabağ"ın potensial rəqibləri bilindi - "Qalatasaray", "Milan"...

"Qarabağ"ın potensial rəqibləri bilindi - "Qalatasaray", "Milan"...

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşa biləcəyi komandaların adları bəlli olub. 

Fanat.Az xəbər verir ki, ağdamlıların potensial rəqiblərinin kimliyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turundan sonra bilinib.

ÇL-in qruplarındakı mübarizəni  3-yerdə başa vuran kollektivlər AL-də qrup ikincisi olan komandalarla üz-üzə gələcəklər. Bu isə o deməkdir ki, "Qarabağ" bu gün "Hekken"lə görüşü sərfəli nəticə ilə tamamlayaraq 2-ci pillədə qalsa, aşağıdakı klublardan birinə rəqib olacaq.

“Qarabağ”ın potensial rəqibləri:

“Qalatasaray” (Türkiyə)

“Lans” (Fransa)

“Braqa” (Portuqaliya)

“Benfika” (Portuqaliya)

“Feyenoord” (Niderland)

“Milan” (İtaliya)

“Yanq Boyz” (İsveçrə)

“Şaxtyor” (Donetsk, Ukrayna)

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də start götürəcək. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə mövqe tutub. İsveçlilər isə xal qazana bilməyiblər. Tərəflərin ilk dueli təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ” AL-in pley-offuna yüksəlsə, rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər